“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq” – Baş prokuror

Aİ-nin ofisində müxalifətlə görüş - Nə danışıblar?

Şəhid Mübariz - Allah evindən başlayan yüksəliş!

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edib

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılır - ŞİKAYƏT

Paşinyan İlham Əliyevlə görüşdən QAÇDI

Metro və avtobuslarda qiymətlər qalxdı

Azərbaycanda Müstəqillik Günüdür

Hamısı helikopter qəzasında həlak olub - FOTO (VİDEO)

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

Bakı şəhər sakini V. Süleymanov "Dörd Qardaş” MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Xeberle.com-a müraciət edən şikayətçi bildirir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksindən aldığı mənzil onun üçün əsl başağrıya çevirilib. Belə ki, ”Dörd Qardaş” MTK mənzilin ödənişini vaxtından əvvəl ödəyən müştəridən mənzilin təmiri və sağac quraşdırması üçün əlavə ödənişlər tələb edib.

V. Süleymanov məhkəməyə müraciətində 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan həmin çatışmayan hər kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat, hazırkı iddia tələbi üçün ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun, 600 (altı yüz) manat kirayə haqqının, vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmibir) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Həmçinin iş materiallarında olan "Dörd Qardaş” MTK tərəfindən verilmiş 31.05.2022-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Süleymanov Vüqar Tahir oğlu tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən "Dörd Qardaş" MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 2 saylı mənzilin sahəsinin pay dəyəri tam ödənilmişdir, payçının MTK-ya mənzil üzrə borcu yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Məhkəmə vətəndaşın xeyrinə qərar çıxarıb. Belə ki, iddiaçı Süleymanov Vüqar Tahir oğlunun cavabdeh «Dörd Qardaş» MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil «Dörd Qardaş» MTK tərəfindən Süleymanov Vüqar Tahir oğluna təhvil verilsin. 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq Süleymanov Vüqar Tahir oğluna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı «Dörd Qardaş» MTK-nın cavabdehə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Təəssüf ki, "Dörd Qardaş” MTK tərəfindən hələ də məhkəmə qərarı icra edilməyib. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)

"Dörd Qardaş” MTK məhkəmə qərarını niyə icra etmir? (ŞİKAYƏT)